Gürcüstanda COVID-19-a yoluxma hallarının 80%-dən çoxu "Delta" ştammıdır

 14:16 05.08.2021     45

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının 80%-dən çoxu "Delta" ştammıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkləzinin direktor müavini Paata İmnadze deyib.

Onun sözlərinə görə, ölkədə "Delta" ştammına yoluxma üzrə Tbilisi və Batumi şəhərləri liderdir.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusun dördüncü dalğası pik həddə çatıb. Epidemioloji vəziyyətin kəskinləşməsinin 2-3 həftə davam edəcəyi proqnozlaşdırılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/970069.html