Onlar qatildən də betərdir - Abdullah Ağar

 14:45 05.08.2021     48

“Öz çirkin məqsədləri naminə böyük bir ərazini yanğına verənlər, bu boyda fəlakət törədənlər ən sərt şəkildə cəzalandırılmalıdır”.

Bunu Publika.az-a açıqlamasında terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar Türkiyədə meşə yanğınlarını törədən terrorçulara qarşı atılmalı olan sərt addımlardan danışarkən deyib. Ekspert bildirib ki, onlar qatildən də betərdir:

“Milyonlarca, milyardlarla canlının canına qəsd edirlər, öldürürlər. Ekosistemi, gələcəyi, insanların ümidlərini məhv edirlər. Bu cür terrorçular dövlətləri, ölkələri əsl hədəflərindən uzaqlaşdırırlar. Cəmiyyətin ümidlərini kütləvi şəkildə məhv etməyə çalışırlar”.

Abdullah Ağar qeyd edib ki, Türkiyəni ekoloji fəlakətlə üz-üzə qoyanlar eyni zamanda bir milləti diz çökdürməyə, məhv etməyə yönəlik addımlar atırlar:

“Bu cür yanğınlara rəvac verənlər bir ölkə daxilində insanları bir-birinə qarşı qoyurlar. Belələrinə qarşı ən sərt cəza tədbirləri görülməlidir”.

Tural Turan


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/364940.html