Bakıda "Niva" ağır qəzaya düşdü - ÖLƏN VAR

 14:56 05.08.2021     41

Avqustun 4-də saat 7 radələrində Xəzər rayonu Binə qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Beyləqan rayon sakini Rəşad Bəkirov idarə etdiyi “VAZ-2121” markalı avtomobili maneəyə vurub. Nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/364945.html