Ağsudakı meşə yanğınının - VİDEOsu

 15:04 05.08.2021     55

Xəbər verdiyimiz kimi, bu gün Ağsu rayonunun Gəgəli kəndində yüksək dağlıq ərazidə yanğın başlayıb, onun meşə ərazisinə keçməsinin qarşısı alınır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda yanğının əhatə etdiyi ərazi genişlənir.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Əliyev saytımıza bildirib ki, yanğının tüstüsü, dumanı görünsə də, hələ  Şamaxıya çatmayıb.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/970157.html