Qrız kəndinə robotlar gəldi - Video

 15:12 05.08.2021     52

Qərbi Kaspi Universitetinin Texnoparkının region məktəbliləri ilə görüşləri davam edir.

Axar.az xəbər verir ki, Texnoparkın əməkdaşları “WeStep” layihəsi çərçivəsində bu dəfə Qubanın Qrız kəndində olub, şagirdlər üçün robototexnika təlimləri təşkil edib, məktəblilərə robotlar hədiyyə ediblər.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin Texnoparkı paytaxt məktəbliləri üçün təlimlər keçməklə yanaşı, regionlara səfərlər edir və ən müasir texnologiyalara əlçatanlılığı nisbətən aşağı olan məktəblilər üçün təlimləri bölgələrdə təşkil edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/577677.html