FHN Şəmkir və Tovuzda maarifləndirici tədbir keçirdi - FOTO

 15:32 05.08.2021     47

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir meşəbəyliyinin 1 saylı meşə dolayında və Tovuz rayonu, Qalaboyun kəndinə yaxın meşə ərazisində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Publika.az xəbər verir ki, Şəmkir və Tovuz Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirak etdiyi tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/364948.html