Tokio-2020: Final oyununun yeri və vaxtı dəyişdirildi

 19:35 05.08.2021     45

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın futbolçulardan ibarət İsveç və Kanada komandaları arasında keçiriləcək final oyunun yeri və saatı dəyişdirilib.

Axar.az yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 6-da planlaşdırılan matç Yokohamada gerçəkləşəcək və Bakı vaxtı ilə 16:00-da start götürəcək.

Qarşılaşmanın daha əvvəl Tokiodakı Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 06:00-da təşkili nəzərdə tutulub.
Təxirəsalma FIFA və Belnəlxalq Olimpiya Komitəsi ilə birgə razılaşdırılıb və idmançıların qayğıları ilə əlaqədardır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/577736.html