"Kənddə müğənni olduğum üçün məni sıxıblar, əzilmişəm"

 19:48 05.08.2021     50

"Onun sirri" proqramı  müğənni Niyam Salaminin doğulub boya-başa çatdığı evdə olub.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, N.Salami uşaqlığından danışarkən göz yaşlarına hakim ola bilməyib:

"Həmişə deyirəm kövrəlməyəcəm, amma alınmır. Təəssüf ki, rayona, torpağıma gedəndə valideynlərimi görə bilmirəm. Düzdür, başım uca gedirəm. Maşından düşəndə, camaata salam verəndə, çəkinmirəm-utanmıram.

Bu, böyük şərəfdir. Kənddə müğənni olduğum üçün məni sıxıblar, əzilmişəm. Camaatı ağlatmaq-güldürmək çox çətindir. Hardasa deyirdilər ki, müğənni olsan, səni qəbul etməyəcəyik. Məndən maddi dəstək də gözləmirlər".

İfaçı söyləyib ki, vaxtında klublarda çox pul xərcləyib:

"Klubların "xalq artisti" olmuşam. Gənclik illərimdə klubsever idim".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/970191.html