Bu ABŞ generalları həbs edilsin - Jirinovski

 20:02 05.08.2021     47

Yuqoslaviyanın bombalanmasına rəhbərlik edən ABŞ generallarını məsuliyyətə cəlb etmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

“Belqradda və digər şəhərlərdə dinc serb əhalisi arasında böyük itkilərlə nəticələnən əməliyyata rəhbərlik edən amerikalı generalları, xüsusən də o vaxt NATO Silahlı Qüvvələrinə komandanlıq edən general Klarkı məsuliyyətə cəlb etməyin vaxtı çatmadı?”, - Jirinovski bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577740.html