Şahmat üzrə Dünya Kubokunun qalibi müəyyənləşib

 20:18 05.08.2021     49

Rusiyanın Soçi şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi bəlli olub.

Milli.Az "Report"a istinadən bildirir ki, Polşa təmsilçisi Yan-Kşiştof Duda finalda rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib.

İlk görüşdə qrossmeysterlər xalları yarı bölüb - 0,5;0,5. İkinci qarşılaşmada isə Duda qalib gələn tərəf olub.

Üçüncü yer uğrunda dueldə Rusiyanın digər təmsilçisi Vladimir Fedosyev hər iki oyunda norveçli dünya çempionu Maqnus Karlsenə uduzub - 0:1;0:1.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/970022.html