Rəisi: İran qonşularına qardaşlıq əlini uzadır

 20:29 05.08.2021     56

İran regionun bütün ölkələrinə, xüsusilə qonşu ölkələrə dostluq və qardaşlıq əlini uzadır.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bu gün İran parlamentində andiçmə mərasimində deyib.

İ.Rəisinin sözlərinə görə, İranın xarici siyasətinin ən önəmli və əsas prioriteti qonşu ölkələrlə münasibətləri yüksəltməkdir.

İran prezidenti deyib ki, İran qonşu ölkələri və xalqları öz yaxınları hesab edir: "Dünya dəyişməkdədir. Xalqların mənafeyini təmin etmək yeni dünyanı dərk etmək və strateji əməkdaşlığı tələb edir. Uğurlu xarici siyasət balanslı xarici siyasət olacaq".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577753.html