Youtube Premium Lite abunəlik sisteminin testinə start verilib

 20:55 05.08.2021     53

Youtube videoservisi özünün Youtube Premium abunəliyinin Lite versiyasını Avropanın bir sıra ölkəsində test edir. Lite versiya adi Youtube Premium-dan bir qədər ucuzdur. Faktiki olaraq Youtube Premium Lite abunəliyi videolara reklamsız baxmağa imkan verir. Lakin Lite versiyada avtonom yüklənmə və fon rejimində videolara baxmaq funksiyaları mövcud deyil. Bundan əlavə olaraq Lite versiyada Youtube Music servisindən də istifadə etmək olmur. Youtube öncədən bu cür abunəlik sisteminin işə düşəcəyi barəsində rəsmi məlumat verməmişdi.

Görünür, bu yeni abunəlik sistemi heç bir anons olmadan test olunmağa başlayıb. Onun aylıq abunəlik haqqı müəyyən ölkədəki tarifdən asılı olaraq 6.99 avro təşkil edir. Qeyd etmək lazımdır ki, adi Youtube Premium sisteminin aylıq abunəlik haqqı müəyyən ölkədəki tarifdən asılı olaraq 11.99 avro təşkil edir. Youtube artıq təsdiqləyib ki, yeni Youtube Premium Lite abunəlik sistemi Niderlandda, İsveçdə, Finlandiyada, Belçikada, Dinamarkada, Lüksemburqda və Norveçdə test olunur. Youtube Premium Lite abunəliyinin nəticə etibarilə bizim ölkədə aktiv olub-olmayacağı bilinmir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/970117.html