Son sutkada peyvənd olunanların sayı AÇIQLANDI

 21:00 05.08.2021     60

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 623 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 683 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 251 051, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 053 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 197 491 təşkil edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sehiyye/364983.html