Həkim COVİD testinin bahalığından şikayət etdi: “Mən də istəyirəm ki...”

 21:45 05.08.2021     68

"Bir vətəndaş kimi istəyirəm ki, testin qiyməti aşağı olsun, çünki mən də səfərə getmək istəyirəm".

Milli.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında tanınmış uroloq-cərrah Vasif İsmayıl xarici ölkəyə gedərkən Azərbaycanda COVİD-19-a qarşı tələb olunan testin qiymətindən danışarkən deyib. Həkimin sözlərinə görə, testin qiyməti bazar iqtisadiyyatı ilə müəyyənləşir:

"Bunu həmin laboratoriyanın sahiblərindən və sahibkarardan soruşmaq lazımdır. Testin qiyməti ilə bağlı ancaq sahibkarlarla danışmaq lazımdır. Vətəndaş nə edə bilər? Vətəndaş ancaq etiraz edə bilər ki, testin qiymətini aşağı salsınlar".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/970083.html