"İdmançının həyat yoldaşı olmaq asan deyil" - İrina Kindzerska

 21:44 05.08.2021     61

"Bilirsiniz, Olimpiada elə yarışdır ki, orada öncədən heç nəyi təxmin etmək olmur. Çünki bəzən çox gözlənilməz hadisələr baş verir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medalçısı İrina Kindzerska Milli Olimpiya Komitəsinə müsahibəsində deyib.

Azərbaycanın qadın cüdoçusu olimpiadada medal qazanmaq üçün yaxşı motivasiya olduğunu bildirib: "Misalçün, favoritlər ilk görüşlərdə məğlub olur. Dünya və Avropa çempionatlarında ilk 3-lüyə düşə bilməyən idmançılar da qalib gələ bilir. Buna görə də həmişə risk var idi. Lakin olimpiadalarda iştirak edərkən özünü medal qazanmağa və qələbəyə kökləyirsən".

Kindzerska Azərbaycanda qadınlar arasında bu idman növünün elə populyar olmadığını xatırladıb: "Ola bilsin ki, verəcəyim təkan bu idman növündə Olimpiya oyunlarında medal qazana biləcəyimizin göstəricisi olar və uzun müddət cüdo ilə məşğul olub qorxanları ilhamlandırar. Onlar da məndən sonda Avropa, dünya və ya olimpiya çempionu olmağa güc taparlar".

Ukraynalı legioner azərbaycanlı həyat yoldaşından da danışıb. O qeyd edib ki, idmançının həyat yoldaşı olmaq çətindir: "Həyat yoldaşının azərbaycanlıdır. Bunun üçün çox şadam. Çünki nəticələrdən asılı olmayaraq qalib gəlsəm də, məğlub olsam da, həmişə mənə dəstək olub. Həmişə inanıb, məşqçimlə söhbət edib, birlikdə işləyiblər. Heç vaxt elə olmayıb ki, mən evdə bir ssenari ilə məşq edim, məşqçi isə ayrı. Onlar məşq proqramını birlikdə hazırlayırdılar. Hamımız buna uyğun hərəkət edirdik. Təbii ki, idmançının həyat yoldaşı olmaq asan deyil. Bəzi anlarda əsəblər tap gətirmir. Amma həyat yoldaşıma minnətdaram ki, məni həmişə dəstəkləyib və mənə inanıb".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/970123.html