Ərdoğanın sədrliyi ilə iclas keçirildi: İrəvanın təxribatı...

 21:50 05.08.2021     66

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

Axar.az xəbər verir ki, iclasın sonunda açıqlanan bəyanatda meşə yanğınlarına qarşı mübarizə bir daha dəyərləndirilib, bu yöndə aparılan dezinformasiya kampaniyaları ilə bağlı əlavə tədbirlərin görülməsi yönündə qərar qəbul ediləcəyi bildirilib.

Həmçinin, Ermənistanın təcavüzkar, təxribat xarakterli addımlardan uzaq durması, öhdəliklərini yerinə yetirməsi, region ölkələri ilə əməkdaşlıq etməsi yönündə də çağırış edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577774.html