Lionel Messi "Barselona"dan ayrıldı

 22:06 05.08.2021     62

Argentina millisinin ulduzu, dünya futbolunun canlı əfsanəsi Lionel Messi İspaniyanın "Barselona" klubunu tərk edib.

Milli.Az Marca-ya istinadən bildirir ki, katalon klubunun prezidenti Joan Laporta ilə görüşdən sonra argentinalı forvard "Barsa" ilə yeni müqavilə imzalamaq niyyətində olmadığını deyib.

Messinin "Barselona" ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatıb.

Lionel Messi peşəkar karyerası boyunca "Barsa"nın heyətində çıxış edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/970219.html