Muğlada yanğınla savaşan könüllülər – Video/Foto

 22:09 05.08.2021     56

Muğlanın Kozağac kəndində bu gün səhər saatlarında şiddətlənən yanğının qarşısı alınıb.

Axar.az əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yanğın Kavaklıdərə kəndi istiqamətindən yayılıb və səhər 04 radələrində güclənib. Könüllülərdən ibarət yanğınsöndürənlərin fəal dəstəyi ilə yanğını lokallaşdırmaq mümkün olub və yanğının kəndə çatmasının qarşısı alınıb.

Könüllü olaraq yanğınsöndürmə əməliyyatına qatılıanlar arasında kənd sakinləri ilə yanaşı, şəhərlərdən gələn müxtəlif peşə sahibləri, o cümlədən tələbələr də var.

Yüksək dağlıq ərazilərdə isə yanğın ocaqları qalmaqdadır və ora müdaxilə etmək həddən artıq çətindir.

Qeyd edək ki, Muğlada Azərbaycanın amfibiya təyyarəsi də yanğınsöndürmədə iştirak edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577778.html