Xiaomi Mi 12 barəsində yeni məlumatlar verilib

 22:50 05.08.2021     66

Ice Universe ləqəbli məşhur insayder hələ təqdim olunmamış Xiaomi Mi 12 smartfonu barəsində yeni hesabatını təqdim edib. Öz hesabatında insayder smartfonun bəzi özəllikləri barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, Mi 11 modeli keçən ilin dekabr ayında təqdim olunmuşdu. Analitiklərin fikirlərinə əsasən Mi 12 modeli isə bu ilin dekabr ayında təqdim olunacaq. İnsayderin verdiyi məlumatda qeyd edilib ki, Mi 12 smartfonu 3.09 GHz tezlikdə çalışan 4 nanometrik Snapdragon 898 prosessoru və 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsini dəstəkləyən LTPO ekran ilə təchiz olunacaq.

Bununla yanaşı insayder güman edir ki, Mi 12 modeli özündə ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameranı birləşdirəcək. Mi 12-nin həmçinin 200 MP-lik arxa kamera əldə edəcəyi də istisna deyil. Bu halda o, 16 pikseli bir pikseldə birləşdirmə funksiyasının dəstəyini əldə edəcək. Mi 12 smartfonu 120 vatt gücündə sürətli naqilli və 100 vatt gücündə sürətli naqilsiz şarj tenxologiyalarını da dəstəkləyə bilər. Smartfonun dəqiq texniki özəllikləri və təqdimat tarixi barəsində rəsmi bir məlumat yoxdur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/970115.html