Şuşanı içməli su ilə bu şirkət təmin edəcək

 22:54 05.08.2021     63

"Azərsu" ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində Şuşa şəhərinin içməli su təchizatında sabitliyin təmin olunması üçün mövcud qurğuların əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Axar.az xəbər verir ki, tenderin qalibi "Protean Construction" MMC-dir.

Qalib şirkətə 8 631 265 manat ödəniləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/577785.html