İmperator pinqvinlər yox olmaq təhlükəsi altındadırlar

 22:55 05.08.2021     66

ABŞ-ın balıqçılıq və vəhşi təbiətin qorunması üzrə idarəetməsi imperator pinqvinlərini məhv olmaq təhlükəsi altnda olan heyvan növləri siyahısına daxil etmək istəyir. Belə ki, sözügedən növ pinqvinlər iqlim dəyişiklikləri səbəbilə məhv ola bilərlər. Global Change Biology adlı elmi jurnalın aparmış olduğu yeni tədqiqata əsasən imperator pinqvin koloniyalarının 70%-i 2050-ci ilə kimi təhlükə altına düşəcəklər. 2100-cü ilə kimi isə koloniyaların 80%-i məhv olacaq. Tədqiqatı aparmş müəlliflərin fikirlərinə əsasən əgər iqlim dəyişiklikləri üzrə Paris sazişinin tələblərinə uyğun olaraq parnik qazlarının emissiyaları aşağı endirilsə, bu pinqvinlərin populyasiyalarının dəstəklənməsi üçün yetəri qədər dəniz buzu mövcud ola biləcək.

"İmperator pinqvinlərinin həyat dövrləri dəniz buzu ilə əlaqəlidir. Dəniz buzu onların çoxalmalarına və qidalanmalarına yardımçı olur" - deyə alimlərdən biri qeyd edib. Cavan pinqvinlərin öz körpə lələklərini daha hamar böyük lələklərə dəyişmələrindən öncə dəniz buzu yox olarsa, onlar soyuq suda üzə bilməyəcəklər və məhv olacaqlar. Təbiətin qorunması üzrə beynəlxalq birlik hal hazırda imperator pinqvinlərini yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalan heyvan növlərinə aid edir. Pinqvinlərdən əlavə olaraq mütəxəssislər yox olmaq təhlükəsi altında qalan heyvan növlərinə digər təmsilçini də daxil etməyi məsləhət görüblər. Söhbət, ağ ayıdan gedir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/970120.html