"Apple" “Mac”ları tamamilə öz prossesorlarına keçirəcək

 23:01 05.08.2021     66

ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkəti bu ilin sonuna kimi "Mac" kompüterlərini tamamilə öz istehslı olan ARM prosseslarına keçirəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Apple Silicon"a keçiriləcək son kompüter "Mac Pro" iş stansiyası olacaq.

Bu cihazlar hələ anons edilməyən 20 və 40 nüvəli ARM çipləri ilə təchiz ediləcək.

Bu ilin sonuna kimi şirkət M1X prossesorunu təqdim edəcək. Yeni çip original M1 çipindən daha yüksək istehsal gücü ilə fərqlənəcək. O, genişlənmiş operativ yaddaş həcminə də malik olacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/970130.html