İltihablı bağırsağı olan uşaqlarda tromboemboliya riski yüksəkdir

 23:10 05.08.2021     66

Toronti universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsində bu qərara gəliblər ki, iltihab və infeksiyalı bağırsaq xəstəlikləri olan uşaqlarda venoz tromboemboliya yarana bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, doktor Ellen Kuençiq bağırsaq iltihabı olan uşaqlarla olmayanları təhlil ediblər.
Tədqiqatlar göstərib ki, 5 yaşına kimi iltihabi bağırsaq xəstəlikli uşaqların venoz emboliya olma faizi 31%-dir. Kron və kolit xəstəliyi olan uşaqlarda ağciyər arteriyası və dərin venaların trombozu daha çox rast gəlinib.

Ona görə bu diaqnozu olan uşaqların tromboprofilaktikası aparılmalıdır, xüsusi risk qrupuna aid uşaqlar sistemləşməli və pasiyentlər barədə məlumat verilməlidir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/970102.html