Rus sərhədçiləri Əskiparaya yerləşdirildi - VİDEO

 23:13 05.08.2021     66

Tavuş vilayətinin Voskepar kəndində Rusiya sərhədçiləri yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazidə heyyətin təminatı üçün tikinti işləri aparılır.

Proses Ermənistan-Rusiya əməkdaşlıq çərçivəsində keçirilir.

Rusiya tərəfi xəbəri nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, bu ərazi işğal altında olan Qazax rayonunun Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli anklav kəndlərinə aiddir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/364991.html