“Subaru” 165 min avtomobili geri çağırır

 23:30 05.08.2021     64

Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Subaru" şirkəti ABŞ bazarından 165 min avtomobili geri çağırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, buna səbəb nəqliyyat vasitələrinin yanacaq nasosunda qüsur olmasıdır.

Belə ki, hərəkət zamanı mühərrik qəfil dayana bilər ki, bu da qəza riskini artırır.

Avqustun 29-da start götürəcək geriçağırma kampaniyası 2018-ci ildə istehsal edilmiş "Ascent" və "Forester", eləcə də 2018-2020-ci illərin buraxılışı olan "Impreza", "Legacy" və "Outback" modellərini əhatə edəcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/970126.html