Afrika ölkəsində atışma: ölənlər var

 23:31 05.08.2021     65

Burkina-Fasonun şimalında silahlı qarşıdurma baş verib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, hərbçilərlə yaraqlılar arasında baş verən atışma zamanı 19 nəfər öldürülüb, ondan çox silahlı zərərsizləşdirilib.

Bildirilib ki, silahlı şəxslər iki kəndə daxil olaraq yerli sakinlərlə atəş açıblar. Nəticədə 11 nəfər qətlə yetirilib. Hərbçilər hadisə yerinə gəldikdən sonra tərəflər arasında atışma baş verib.

Hazırda qarşıdurmanın baş verdiyi bölgə hökumət qüvvələrinin tam nəzarətindədir. Geri çəkilən yaraqlıların axtarışı üçün aviasiya istifadə olunmaqla əməliyyat həyata keçirilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577790.html