Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

 23:34 05.08.2021     65

2021-ci ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 2 milyard 94,5 milyon manat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 749,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,5 faizini təşkil edib.

2021-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azalaraq 233,9 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,7 faiz artaraq 201,6 milyon manat olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/970221.html