Hakobyanyan İDDİA: "Sülh müqaviləsinə çevrilə biləcək sənədlər hazırlanır" - FOTO

 23:49 05.08.2021     69

"Ermənistanla Azərbaycan arasında son nəticədə sülh müqaviləsinə çevrilə biləcək sənədlər hazırlanır".

Publika.az xəbər verir ki, bunu siyasi ekspert Vigen Hakobyan "SputnikArmeni"ya deyib.

O bildirib ki, hətta əvvəlki çağırış parlamentdəki müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri (indi də deputatdır) Andranik Köçəryan sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini açıqlayıb. Oxşar informasiya sızmaları müxtəlif məmurlardan idi:

"Əliyev vaxtaşırı bir çox müqavilələr ortaya qoyur. Keçmişdə biz də onun sözlərindən və ölkəsinin mediasından çox şey öyrənmişik. Nəticədə, indi sülh müqaviləsindən danışan Əliyev kartlarını açaraq prosesi sürətləndirməyə çalışır. Katalizator rolunu oynayır.

Erməni cəmiyyəti müqavilə haqqında nəinki azərbaycanlılardan, üçüncü ölkələrdən olan mənbələrdən, həm də müxalifət dairələrdən öyrənir.

Demarkasiya və delimitasiya haqqında saziş layihəsində də belə idi: müxalifət açıqladı, bundan sonra Paşinyan belə bir sənədin olduğunu etiraf etmək məcburiyyətində qaldı.

İrəvan məlumatı gizli saxlamaq taktikasını rəhbər tutur, lakin həmişə bir faktla üzləşir.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/364992.html