Almaniya Qrıjanovu Rusiyaya təhvil verdi

 23:59 05.08.2021     68

Almaniya hökuməti Moskva vilayətinin Çexov rayon administrasiyasının dələduzluqda ittiham edilən keçmiş əməkdaşı İqor Qrıjanovu Rusiyaya ekstradisiya edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Araşdırmalara görə, 2004-2016-cı illər ərzində İqor Qrıjanov və digər təqsirləndirilən şəxslər Moskva vilayətinin Çexov rayonundakı torpaq sahələrinin qanunsuz olaraq mülkiyyətə alınmasına dair sənədlərə bilərəkdən yalan məlumatlar daxil ediblər. Böyük bir ərazinin torpaq sahələrinin müxtəlif təşkilatların mülkiyyətinə verilməsi ilə bağlı saxta mülkiyyət sənədləri hazırlayaraq Rosreyestr və Kadastr Palatasının şöbələrinə təqdim ediblər.

Məhz bu sənədlər əsasında qeydiyyat işləri aparılıb və nəticədə 500 milyon rubl dəyərində torpaq sahələri qanunsuz olaraq federal mülkiyyətdən çıxarılmışdı.

Ötən il isə Rusiya Baş Prokurorluğunun təqdimatı əsasında İ.Qrıjanov Almaniyada saxlanılmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/577797.html