Qubada partlayış: xəsarət alan var

 01:18 06.08.2021     67

Quba rayonunda generatorun benzin çəninin partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Axar.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Aşağı Atuc kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Tərlan Mürsəl oğlu Əhmədxanov benzinlə işləyən elektrik generatorunu işə salmaq istəyərkən benzin çəni partlayıb.

T.Əhmədxanov bədənin müxtəlif nahiyələrinin ikinci dərəcəli yanıqları diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardım göstərilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/577812.html