Pelenin vəziyyəti yaxşılaşıb

 07:40 15.09.2021     31

Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin vəziyyəti yaxşılaşıb və o, reanimasiya şöbəsindən San-Paulo şəhərindəki özəl klinikanın stasionar palatasına köçürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə klinikanın mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Edson Arantis du Nasimentu (Pelenin əsl adı - red.) vəziyyətinin yaxşı olması ilə əlaqədar reanimasiya şöbəsindən çıxarılıb. Bundan sonra o, müalicəsini palatada davam etdirəcək".

Xatırladaq ki, avqustun 30-u Pele San-Paulo şəhərindəki "Albert Eynşteyn" adlı özəl klinikaya yerləşdirilmişdi. Sentyabrın 6-sı 80 yaşlı braziliyalı əməliyyat edilmişdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/979919.html