Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub

 07:50 15.09.2021     35

Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsi zamanı Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

Onun sözlərinə görə, ragionlarda bir aylıq peyvənd ehtiyatı yaradılıb, peyvənd çatışmazlığı yoxdur:

"Kifayət qədər peyvənd var, Rusiya Federasiyasının regionlarında ehtiyatlar təxminən 1 aylıq nəzərdə tutulub. Yazılmaq, ppeyvənd olunmaq problemi heç bir regionda yoxdur".

Qeyd edək ki, Rusiyada koronavirusa qarşı vaksinasiya prosesi yanvarın 18-i başlayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/979921.html