2022-ci ilin sonuna qədər hər bir insan peyvənd olunmalıdır - BMT Baş Assambleyasının sədri

 08:00 15.09.2021     37

2022-ci ilin sonuna qədər hər bir insan peyvənd olunmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT Baş Assambleyasının yeni sədri Abdulla Şahid deyib.

A.Şahid bildirib: "2022-ci ilin sonuna qədər hər bir insanın peyvənd olunması məqsədimizə nail ola biləcəyimizdən əmin olmaq üçün BMT Baş Assambleyasının sədri kimi əlimdən gələn hər şeyi edəcəyəm".

O, aparıcı mütəxəssisləri və dünya liderlərini dəvət etməklə gələn ilin əvvəlində peyvənd bərabərsizliyi ilə bağlı yüksək səviyyəli görüş təşkil etmək niyyətində olduğunu əlavə edib: "Hamı qorunmayana qədər təhlükəsizdə ola bilməyəcəyik".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/979923.html