DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

 08:12 15.09.2021     40

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb.

Publika.az xəbər verir ki, "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb.

Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başına gələnlərlə əlaqədar psixoloji travma yaşadığını və zəhərlənə biləcəyini döyləyib.

Bolivyanın rəsmi xəbər agentliyi olan ABİ-nin yaydığı informasiyaya görə, İstifadəçilərin və İstehlakçıların Hüquqlarının Müdafiəsi nazirinin müavini Jorge Silva hadisənin baş verdiyi müəssisənin 20 filialında da məhkəmə araşdırmasına başlanıldığını açıqlayıb.

Silva bildirib ki, ətçəkən maşınla gündə 45 kiloqramdan 80 kiloqrama qədər ət istehsal edən işçi 2 barmağını itirdikdən sonra insan qalıqlarının qarışdığı ətdən digər şöbələrə gedib-getmədiyi araşdırılır.

Boliviyadakı 20 filialı olan istehsalçı firmanın yaydığı yazılı bəyanat deyilir: "Əməkdaşımızla başına qəza gəlib. İndi onun vəziyyəti yaxşıya doğru dəyişir. Sağlamlığı hər zaman ön planda saxlanılacaq. Fövqəladə hallar haqqında bütün protokolları tətbiq edilib".

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/369167.html