Artıq vədlərə inanmırıq, bu ölkədən öyrənməliyik - Kuleba

 08:15 15.09.2021     40

Ukrayna Qərbin yerinə yetirilməyən vədlərindən məyus olub və yalnız özünə güvənir - ordusuna, diplomatiyasına və xalqına.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

"Bu ölkə Qərbin vədlərinin iflasa uğrayacağını göstərən bir çox acı dərslər aldı. Biz vədlərə inanmırıq", - Kuleba söyləyib.

XİN başçısı Ukraynanın çevik bir hərbi dövlət olmağı İsraildən öyrənməli olduğuna inandığını vurğulayıb:

"Vəziyyətlər bizə bir seçim qoymur. Ordu, diplomatiya və Ukrayna xalqı yaşamaq üçün lazım olan hər şeydir".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/586932.html