Cənubi Koreya 2050-ci ilə qədər plastik tullantılardan imtina edəcək

 08:24 15.09.2021     30

Koreya Respublikası 2030-ci ilə qədər plastik tullantılarını 60%, 2050-ci ilə qədər isə 100% azaldacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Koreya Respublikasının prezidenti Mun Çje İn sentyabrın 18-i keçiriləcək Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə çıxışında deyib.

Dövlət başçısı bildirib: "Plastik təbiətdə təxminən 450 il çürüyür, mikroplastik isə yalnız dənizdə yaşayan canlılar üçün deyil, həm də insan sağlamlığına təhlükə yaradır. Cənubi Koreya Dünya okeanını çirkləndirən plastik tullantı problemi ilə mübarizə üçün beynəlxalq əməkdaşlığı gücləndirəcək.

Koreya Respublikasının 2030-cu ilə qədər bu cür tullantıları 60%, əsrin ortalarına qədər sıfıra endirəcək".

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü sentyabr ayının üçüncü şənbə günü keçirilir. Cənubi Koreya bu kampaniyada 2001-ci ildən iştirak edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/979925.html