Gürcüstanda yeni dərs ili distant formada başladı

 08:36 15.09.2021     36

Gürcüstanın orta və ali məktəblərində yeni 2021-2022-ci tədris ili koronavirus pandemiyası səbəbindən distant formada başlayıb.

Publika.az xəbər verir ki, dövlət və özəl təhsil müəssisələrində bu qaydada tədris oktyabrın 4-dək davam edəcək.

Ölkənin Təhsil və Elm Nazirliyinin qərarı ilə birinci sinfə qəbul olunan şagirdlər oktyabrın 4-dən tədrisə əyani qaydada başlayacaqlar. Bu qərar yalnız koronavirusa yoluxma göstəricisi 4 %-dən aşağı olan şəhər və kəndlərə şamil olunacaq.

Oktyabrın 4-dən sonra ölkə üzrə bütün təhsil ocaqlarında dərslərin siniflərdə keçirilməsinə qərarın veriləcəyi gözlənilir.

Uşaq bağçalarına gəlincə, onlar oktyabrın 4-dək fəaliyyət göstərməyəcək. ("Report")


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/369168.html