Çin yanvar-avqust aylarında neft idxalını 5,7 faiz azaldıb

 08:49 15.09.2021     33

Çin yanvar-avqust aylarında 346,36 milyon ton neft idxal edib.

Trend-in Çinin Dpvlət Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində neft idxalı illik hesablamada 5,7 faiz azalıb.

Məlumata əsasən, eyni dövrdə təbii qaz idxalı 22,2 faiz artaraq 79,31 milyon ton təşkil edib.

Bildirilir ki, yalnız avqust ayında 44,53 milyon ton neft (illik hesablamada 6,2 faiz daha az) və 10,44 milyon ton qaz (11,5 faiz daha çox) idxal edilib .

Qeyd edilir ki, Çin şirkətlərinin neft hasilatı 8 ay ərzində 2,4 faiz artaraq 133,22 milyon ton təşkil edib. Milli neft emalı zavodlarında neft emalı göstəriciləri 7,4 faiz artıb və 470,79 milyon ton təşkil edib.

Ölkənin enerji şirkətləri, öz növbəsində 8 ay ərzində 136,1 milyard kubmetr qaz istehsal edib (10,8 faiz artım). Yalnəz avqust ayında artım 11,3 faiz təşkil edib (15,9 milyard kubmetr).

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/979928.html