İsraildən KRİTİK AÇIQLAMA: İran iki-üç aya nüvə bombası yarada bilər

 09:00 15.09.2021     27

"İran iki-üç ay ərzində kifayət qədər material istehsal edə və nüvə bombası yaratmağa imkan verəcək güc qura biləcək".

Publika.az TASS-a istinadla xəbər verir ki, bu fikri İsrailin müdafiə naziri Benni Qantz çərşənbə axşamı nəşr olunan "Foreign Policy" jurnalına verdiyi müsahibədə söyləyib .

Siyasətçi hesab edir ki, diplomatik səylər İranın nüvə silahı sahəsində irəliləyişini ləğv etməyə kömək etməyəcək.

O qeyd edib ki, İsrailin nöqteyi-nəzərindən İranı dayandırmağın təsirli üsulu Tehrana ABŞ, Rusiya, Çin, Avropadan siyasi, diplomatik və iqtisadi təzyiq göstərmək olacaq.

"İran ABŞ və tərəfdaşlarının ciddi olduqlarından qorxmalıdır", - Gantz vurğulayıb.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/369171.html