Türkiyədən gözləntimiz budur - Taliban

 09:08 15.09.2021     37

Türkiyədən gözlədiyimiz Əfqanıstan xalqının yanında olması və ölkədə infrastruktur işlərinə, xüsusən də Kabil hava limanının yenidən qurulmasına kömək etməsidir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Talibanın elan etdiyi müvəqqəti hökumətin xarici işlər naziri vəzifəsini yerinə yetirən Molla Əmirxan Muttaki çıxış edib.

"Bu məsələlərdə Türkiyə ilə təmasdayıq. Danışıqlarımız ən qısa müddətdə yekunlaşa bilər", - Muttaki qeyd edib.

O, Türkiyənin yaxşı bir hökumətə sahib olduğunu vurğulayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/586927.html