BMT-dən Azərbaycan-Ermənistan dialoquna münasibət

 09:14 15.09.2021     40

BMT Baş Assambleyası dünyanın müxtəlif yerlərində cərəyan edən münaqişələrin həlli üçün öhdəsinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid münaqişədən sonrakı dövrdə Azərbaycanla Ermənistan arasında dialoqun qurulması məsələsinin BMT Baş Assambleyasında müzakirəsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Sülh və təhlükəsizlik məsələləri birbaşa olaraq BMT Təhlükəsizlik Şurasının mandatına daxildir. Buna baxmayaraq, BMT Baş Assambleyasının da bu kimi məsələlərdə öz rolu var. Mən Baş Assambleyanın öhdəliklərini bütün dünyada yerinə yetirməyə çalışacam”, - deyə o qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/586934.html