“Taliban” Əfqanıstanda qadınların işləmək qaydalarını açıqladı

 09:18 15.09.2021     33

Əfqanıstanlı qadınlar kişilərlə birlikdə işləməməlidir. Bu barədə taliblərin yüksək rütbəli  komandiri Vahidulla Haşimi bəyan edib.

Beləliklə, Əfqanıstandakı qadınlar dövlət idarələrində, banklarda, mediada, əksər şirkətlərdə işləmək imkanından məhrum olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Haşiminin sözlərinə görə, hərəkat Qərbin etirazına baxmayaraq şəriət və İslam qanunları ilə bağlı baxışlarını tam şəkildə yerinə yetirməyə qərar verib.

"Zərif cinsin nümayəndələri yalnız kişilərin olmadığı yerdə işləyə biləcək", - deyə o, bildirib.

Haşimi, evdən kənarda qadınlarla kişi arasında əlaqələrin həkimə getmək kimi müəyyən şərtlərdə icazə veriləcəyini əlavə edib.

"Əlbəttə ki, qadınlara ehtiyacımız var, məsələn, tibbdə, təhsildə. Onlar üçün ayrıca müəssisələrimiz, xəstəxanalarımız, bəlkə də universitetlərimiz, məktəblərimiz, mədrəsələrimiz olacaq", - deyə o, əlavə edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/979938.html