Gəncədə hərbi yürüş başladı

 10:07 15.09.2021     30

Gəncə şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Gəncənin mərkəzi küçəsində (Heydər Əliyev meydanı) "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.

Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və şəhər sakinləri iştirak edirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/586954.html