"Hicab və niqab məsələsinə niyə müdaxilə edirik ki?!" - Trampdan sensasiyalı bəyanat - VİDEO

 10:21 15.09.2021     28

"Bəziləri mənə deyirdilər: "Qadınlar niqabda olmamalıdır". Mən də dedim ki, bəli, bu məntiqidir yəqin. Sonra isə bir müsəlman qadınla müsahibəyə baxdım".

Milli.Az bildirir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp hicab, niqab, çadra və burka ilə bağlı müsəlman qadınlara qarşı edilən təzyiqlərdən narazı qaldığını, belə siyasəti və davranışı pislədiyini bəyan edib.

"Həmin qadın müsahibəsində dedi: "Niqablı olmaq istəyirik. Min ildir müsəlman qadınlar niqabdadır. Belədirsə, niyə indi kimlərsə bizə deyir ki, niqab olmaz, niqab yasaqdır?" Əgər qadınlar bunu istəyirsə, axı nə üçün müdaxilə edirik. Qadın özü bilər", - D.Tramp deyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/979980.html