Ruslar Belarusdan hücuma keçəcəklər – Qordon

 10:32 15.09.2021     35

Ukraynanın güclü ordusu yoxdur.

Axar.az xəbər verir ki, bunu ukraynalı tanınmış jurnalist Dmitri Qordon deyib. O, Rusiyanın Ukraynaya üç istiqamətdə hücum edəcəyini, bunlardan birinin də Belarus olacağını bildirib:

“Mümkün hadisələrin bir neçə versiyası mövcuddur. Mənim çox hörmət etdiyim adamlar deyirlər ki, Rusiya üç istiqamətdə hücum edə bilər. Bunlardan biri Qomel-Çerniqov, yəni Belarus istiqamətidir. Bu, Kiyevə ən qısa yoldur. Digər istiqamətlər Donbas və Krımdır. Rusiya onların üçündən eyni anda da hücum edə bilər”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/586951.html