Səyyad Əlizadənin vəziyyəti kritikdir

 10:55 15.09.2021     36

Tanınmış müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.

Bu barədə Kult.az-aFövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müğənni süni tənəffüs aparatından 80% oksigen dəstəyi alır. Müğənnin arterial təzyiqi 142/78, nəbzi 78, şəkəri 163, saturasiyası 87-dir.

Qeyd edək ki, Səyyad Əlizadə avqustun 13-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/586976.html