Avtomobil alanların nəzərinə: Qiymətlər artacaq - Ekspert

 11:02 15.09.2021     34

09:21

Yeni avtomobil bazarında ötən illə müqayisədə 5% qiymət artımı var. Bunun əsas səbəbi aparıcı avtomobil istehsalçılarının ixtisarlara yol verməsidir. Eyni zamanda avtomobil qiymətlərinin yüksəlməsi daşınma və logistika qiymətlərinin yüksəlməsi ilə əlaqədardır.

Axar.az xəbər verir ki, bunu ekspert Eldəniz Cəfərov deyib.

“İlin əvvəlində verdiyimiz proqnozda demişdik ki, təxminən 3 və 4-cü rübdə avtomobillərin qiymətində 2-5% artım ola bilər. Qarşıdan gələn aylarda qiymət yüksəlişi olacaq. İkinci əl avtomobil bazarında isə qiymət stabil olaraq qalır”.

Avtomobil nəqliyyatı üzrə ekspert Elnur Əliyev hibrid avtomobillərin qiymətində 15 faizə qədər artım müşahidə edildiyini deyib.

Qeyd edək ki, bu ilin iyun və iyul aylarında ölkəyə 87 mindən çox avtomobil idxal edilib. Ümumi avtomobil parkında son 20 ilin maşınları 20-30% təşkil edir. Qalan hissə isə 20 ildən daha köhnə avtomobillərdir. Yeni avtomobillərin payı təxminən 10-15%-dir. Ekspertlər bunun çox aşağı göstərici olduğunu bildirirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/avto/586935.html