Türkiyənin Baş Ombudsmanı “Türk Şəhidliyi” abidəsini ziyarət edib - FOTO

 11:07 15.09.2021     25

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və "Türk Şəhidliyi" abidəsini ziyarət ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, ombudsmanlar "Əbədi Məşəl" abidəsinin önünə tər güllər qoyublar.

Daha sonra qonaqlar "Türk Şəhidliyi" abidəsi önünə əklil qoyublar.

Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, təşkilatın Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin və Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani Azərbaycana səfərə gəlib.

Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. 

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/980002.html