Daha bir hakim koronavirusa yoluxdu, Rövşən Əkbərovun məhkəməsi təxirə salındı

 11:15 15.09.2021     29

Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, hakim heyətinə daxil olan Elbəy Allahverdiyevin koronavirusa yoluxub.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.

İttihama görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/980016.html