Xırdalanda qaydaları pozan kafe aşkarlandı - VİDEO

 18:27 16.09.2021     47

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Xırdalan şəhərində yerləşən “Read Houses” adlı kafenin saat 01:30 radələrində müştərilərə xidmət göstərdiyini müəyyən ediliblər. Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi Əliağa Məmmədov və 11 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət ediliblər. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə edilib.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/369366.html